Yüksək Texnologiyalar Parkının məhsulları Azexportla ixrac olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP), “Azexport”la əməkdaşlığın yeni mərhələsinə start verib. Belə ki, YTP-nın istehsal etdiyi sürtgü və motor yağlarına mövcud tələbi nəzərə alaraq, məhsulların “Azexport” portalında yerləşdirilməsi ilə bağlı müzakirə aparılıb. “Azexport” portalının rəhbəri Zaur Qardaşovun YTP-nın direktoru Vüqar Babayevlə apardığı danışıqlar zamanı, həmçinin Millers Oils və TSZ markası altında istehsal edilən yağların ”Azexport”da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib.

Qeyd edək ki, YTP-nın məhsullarının keyfiyyəti yerində təşkil olunmuş laboratoriyada nəzarətdən keçirilir ki, bu da xarici tərəfdaşlara əlavə zəmanət verməyə imkan yaradır.

Müzakirə zamanı bildirilib ki, yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə, dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilərlər.Nəzərə alsaq ki, məhsulların qiyməti də kifayət qədər rəqabətliqabiliyyətli olduğundan, bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı  Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Hazırda AMEA YTP-də 7 rezident fəaliyyət göstərir - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Millers Oils Azerbaijan" MMC, "Elm və Texnologiya Parkı" MMC, "AGRO Bio Eco Tech" MMC, "EPC Group" MMC, "DN TECHNOLOGIES" MMC və "Alqoritmika" MMC. Bu rezidenlərdən artıq üçü istehsala başlayıb və digərlərinin quraşdırma işlərini davam etdirilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında