Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. Mərkəz Serbiyada Azərbaycan dilinin, mədəniyyətinin təbliği məqsədilə yaradılıb.

Tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sonra tədbir “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda Azərbaycan Dillər Universitetində keçirilmiş beynəlxalq elmi konfransın bölmə iclası ilə davam edib. İclasda çıxış edənlər Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı istiqamətindəki  böyük xidmətlərindən danışıblar.

İclas çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib” hekayələr toplusunun serb dilinə tərcüməsinin təqdimatı da keçirilib.

M.MÜKƏRRƏMOĞLU,

  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında