Azərbaycanda IV Britaniya Film Baharı Festivalı keçiriləcək

Bunu "British Council Azerbaijan"ın təmsilçisi Dilarə İbrahimova deyib.

Onun sözlərinə görə, mayın 1-dən  6-dək  keçiriləcək festival  "British Council",  Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində baş  tutacaq .

Festivalda 8 ən yaxşı Britaniya filmi nümayiş olunacaq.

"British Council Azerbaijan"ın direktoru Elizabet Uayt isə deyib ki, bu festivalın keçirilməsində məqsəd Britaniya filmlərini, filmlərin rejissorlarını Azərbaycan tamaşaçılarına tanıtmaq, yaradıcılıq mübadiləsi üçün imkanlar axtarıb tapmaqdır.

Britaniyanın Azərbaycandakı səfiri Karol Krifts festivalla bağlı fikirlərini bölüşərək Britaniya filmlərinin 2017-ci ildə böyük müvəffəqiyyətə nail olduğunu və auditoriyasının genişləndiyini deyib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında