Turizm sahəsində çalışan qadın sahibkarlar üçün təlimlər

Ekoloji Tarazlıq İctimai Birliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında bağlanan əməkdaşlıq müqaviləsinin şərtləri əsasında Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi və adı çəkilən ölkənin KetuRY(Dayanıqlı İnkişaf) İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd turizmi marketinq strategiyasının inkişaf etdirilməsi” mövzusunda yaz düşərgəsi təşkil olunub. Aprel ayının ikinci ongünlüyündə Quba şəhərində “Azərbaycanda dayanıqlı turizm və sahibkarlığın inkişafı” layihəsi çərçivəsində təşkil olunan Ekoloji yaz düşərgəsində 11 nəfər--Azərbaycan Turizm və Menecment Universiteti və Finlandiyanın  Kajaani Tətbiqi Elmlər Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

Düşərgənin təşkilində əsas məqsəd turizm və hotel menecmenti sahəsində ixtisaslaşan tələbələr tərəfindən Azərbaycanın və Finlandiyanın ekoloji turizm potensialının təhlil edilməsi, Quba regionunun mədəni-irsi, tarixi, ekoloji resurslarının öyrənilməsi, ekoloji turlarda birgə iştirak, eyni zamanda gələcəkdə Quba--Qusar regionuna səfər edəcək turistlər üçün tur paketlərin hazırlanması və ölkəmizə çox sayda turistin gəlməsinə nail olunmasıdır.

Yaz düşərgəsinin tələbə iştirakçıları Qubada olduqları müddətdə müxtəlif etnik azlıqların məskunlaşdığı əraziləri, azsaylı xalqların sənətkarlıq nümunələrini əks etdirən muzeyləri ziyarət ediblər. Tədbir çərçivəsində tələbələrə turizm sahəsi üzrə peşəkar ekspertlər tərəfindən Azərbaycanın və qonşu ölkələrin (Türkiyə və Gürcüstan) təkmilləşmiş eko-turizm təcrübəsi, həmçinin müvafiq region üzrə tur paketlərin hazırlanması imkanları haqqında ətraflı məlumat verilib. Yaz ekoloji düşərgənin təşkilindən faydalanan Azərbaycanın və Finlandiyanın müvafiq universitet tələbələri tədbirin sonunda öz ölkələrinin mövcud turizm potensialı, bu sahədə dövlət dəstəyi, turistlər üçün yeni perspektiv imkanlar barədə təqdimat- məruzə ilə çıxış ediblər.

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində 2018-ci ildə turizm mütəxəssisləri tərəfindən  Azərbaycanda ekoloji turizmin inkişafı məqsədilə marketinq strategiyasının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim olunması məqsədəuyğun sayılıb. Turizm sahəsində çalışan qadın sahibkarlara biznesin təşkili, o cümlədən müasir marketinq strategiyasına əsaslanan inkişaf, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlərin  aparılması nəzərdə tutulub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında