“Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi aprelin 29-da Bakı Kristal Zalında səhnəyə çıxacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) məlumatına  görə, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 “Formula 1” Azərbaycan Qran-prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək, Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz töhfəsini  verəcək.

Ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının verəcəyi axşam konsertləri Kristal Zalda keçirilir.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Dua Lipanın Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya musiqisinin ən istedadlı sənətçilərindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Dua Lipanın musiqi dünyasında sürətlə yüksəlməsinə, o cümlədən onun bu il Britaniyada böyük mükafatlar qazanmasına şahid olmaq olduqca həyəcanvericidir. Bakıda, ardıcıl olaraq, 3-cü dəfə keçiriləcək Azərbaycan Qran-prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək, gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarışdan sonra tamaşaçılarla xoş təəssüratlarla sağollaşmaq üçün Dua ən uyğun seçimdir. Aprelin 29-u Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm”.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında