Professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov M.Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüb. Akademik bildirib ki, M.Seyidovun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova və AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy M.Seyidovun qazandığı uğurlardan söz açıblar. Alimin oğlu Elçin Seyidov ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonda MEK-in hazırladığı “Mirəli Seyidov–100” filmi nümayiş olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında