Mir Cəlal Paşayev Gəncədə təntənə ilə anıldı

Gəncədə görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü ilə bağlı tədbir keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə elm xadimi, alim, pedaqoq Mir Cəlal Paşayevin Gəncədəki ev muzeyində keçirilən yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev, şəhər ziyalıları və KİV nümayəndələri iştirak etmişlər.    Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, onun bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib. Bildirib ki, onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Professor İbrahim Quliyev isə bildirib ki, Mir Cəlal Paşayev 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur. Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur.

Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri musiqi proqramı ilə çıxış edib. Yubiley tədbirində Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında “Mir Cəlal” ədəbi –bədii kompazisiyası nümayiş etdirilib.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında