İrəvandan başlanan yol

Yeni kitablar

Professor Eynəddin Məmmədov Sankt-Peterburq, Tiflis və Təbriz arxivlərindən götürülən sənədləri yeni kitabında təqdim edib.

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə digər çap materialları bu qaim-qədim yurd yerlərimizlə bağlı qan yaddaşımızı daha da möhkəmləndirir, qəlbimizdə düşmənə nifrət və qəzəb hisslərini coşdurur, bizi torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə ruhlandırır. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Eynəddin Məmmədovun yenicə işıq üzü görmüş  “İrəvandan başlanan yol” adlı kitabı da bu baxımdan diqqəti cəlb edir.

Kitaba ön söz yazmış tanınmış jurnalist Əziz Ələkbərli doğru olaraq qeyd edir: “Qarşımızdakı kitab ilk baxışda bir şəxsin, bir nəslin, bir tayfanın - Şeyx Məhəmmədbağır (Qazızadə) İrəvani və onun törəmələrinin tarixindən bəhs etsə də, əslində onun səhifələrində Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik, təhsil, elm və mədəniyyət ocaqlarından olan Qərbi Azərbaycanın 3 min illik tarixindən söz açılır”. Bütün dövrlərdə özünün xeyirxah əməlləri, yurdsevərliyi, ictimai-siyasi fəallığı ilə İrəvanın tarixində şanlı iz qoymuş, onun adını daim uca tutmuş ayrı-ayrı nəsillər və şəxsiyyətlər olub ki, bu gün onların da üzə çıxarılması, keçdikləri şərəfli yolun araşdırılması olduqca vacibdir.

E.Məmmədov bizim nə vaxtsa doğma torpaqlarımıza qayıdacağımıza daxili bir inam yaradır. Memuar ədəbiyyatının gözəl bir nümunəsi olan bu kitab həm də elmi-tədqiqat səciyyəli məqamları  ilə mühüm maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, kitabda istifadə olunan nadir əlyazmalar və sənədlər Sankt-Peterburq, Tiflis və Təbriz arxivlərindən götürülüb.

Professor Eynəddin Məmmədovun bu kitabı əzəli yurd yerlərimizdən biri olan İrəvan bölgəsinin, habelə Ermənistan-Azərbaycan münaqişəsinin tarixini öyrənmək istəyənlər üçün dəyərli bir mənbədir.

M.MÜKƏRRƏMOĞLU,

”Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında