Azərbaycan beynəlxalq festivalda təmsil olunacaq

Almaniyanın Höte adına İnstitutu tərəfindən “Next Stage Europe 2018” festivalı keçiriləcək. APA-nın məlumatına görə, 13-17 iyun tarixlərində Potsdam şəhərində təşkil olunacaq festivalda Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Rusiya və Ermənistandan olan 12 gənc dramaturq iştirak edəcək. Azərbaycanı festivalda yazıçı-publisist Ülviyyə Heydərova təmsil edəcək. O, bu festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılacaq.

Festival iştirakçılarının dram əsərləri Höte adına İnstitutun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib. Festival çərçivəsində müəlliflərin əsərləri müzakirə olunacaq, alman aktyorları tərəfindən ifa ediləcək, bəzi əsərlər isə səhnələşdiriləcək. Festivalda məşhur alman ssenaristləri Pol Brodovski, Mişel Dekar, Yonas Lyüşerin seminarları keçiriləcək. Festivalın məqsədi gənc dramaturqları Almaniyada tanıtmaq, qonaqları bu ölkənin beynəlxalq ədəbi mənzərəsi ilə tanış etməkdir. 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında