Böyük ədibin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi münasibətilə “Mir Cəlal Paşayev – 110” adlı kitab sərgisinin açılış mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açmış, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə dünyanın müxtəlif ölkələrində çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirildiyini demişdir. O, ədibin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında geniş məlumat vermiş, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, görkəmli yazıçı zəngin yaradıcılığı, sanballı əsərləri ilə nəinki Azərbaycan, həmçinin dünya oxucusunun sevgisini qazanmış, əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Kitabxananın direktoru özünəməxsus yazı üslubu olan, hekayələrini hamının başa düşəcəyi dildə yazan istedadlı qələm ustası, işıqlı şəxsiyyətin əziz xatirəsinin daim yaddaşlarda yaşadığını söyləmişdir.

Direktor vurğulamışdır ki, Azərbaycan ədəbiyyatı nəzəriyyəsininin yaradıcılarından olan Mir Cəlal Paşayev ədəbiyyat xəzinəmizi öz əsərləri ilə daha da zənginləşdirmiş, filoloji mühitdə diqqətəlayiq yer tutan məqalələr yazmış, monoqrafik tədqiqatlar aparmışdır. Realist Azərbaycan nəsrinin yeni səviyyəyə yüksəldilməsində onun müstəsna xidmətləri olmuşdur. O, görkəmli ədibin yubileyi münasibətilə təkmilləşdirilmiş fundamental biblioqrafik vəsait və elektron məlumat bazası hazırlandığını və yaxın günlərdə təqdimatının keçiriləcəyini söyləmişdir.

Kitabxana direktorunun müavinləri Ədibə İsmayılova və Mələkxanım Hacıyeva görkəmli yazıçının yaradıcılığından söhbət açmışlar.Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “Mir Cəlal Paşayev – 110” adlı sərgi ilə tanış olmuşlar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında