“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans işə başlayıb

Aprelin 26-da Qusar şəhərində AMEA Rəyasət Heyəti, Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans işə başlayıb.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Türkiyə, Rusiya, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan olan görkəmli tarixçi alimlər iştirak edirlər. Beynəlxalq konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. Daha sonda 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə ziyarət edilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək konfransın məhz Qusarda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb, tarixi həqiqətlərin daha dərindən öyrənilməsi və xalqımıza qarşı törədilən erməni vəhşiliklərinin sübuta yetirilməsində böyük rolu olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının alimlər qarşısında duran əsas hədəflərdən olduğunu deyib. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək, son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Bildirib ki, ölkə Prezidentinin təşəbbüsü ilə hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır.

Konfrans işini digər çıxışlarla davam etdirib. Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

 

 

 

                                                                        Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında