“Hello! Russia” jurnalı Bakı Şoppinq Festivalından yazıb

Bakı mayın 1-ndən 31-ə kimi  dünyanın ticarət mərkəzinə çevriləcək. Bu barədə “Hello! Russia” jurnalı “Bakıda şoppinq festivalı keçiriləcək” adlı məqalədə qeyd edib. Jurnal  paytaxt Bakının artıq ənənə halını almış  bu təşəbbüsünü müsbət qiymətləndirib.

Jurnal bildirib ki, mayda başlayacaq  festivalda 800 mağaza təmsil olunacaq. İştirakçılar  festival çərçivəsində endirim aksiyalarından yararlanaraq, münasib qiymətə alış-veriş edə biləcəklər. Buraya dünyanın nüfuzlu brendlərinə daxil olan geyimlər, kosmetika, parfümeriya nümunələri, məişət və  elektronik əşyalar, mebel  və s. daxildir. Istər yerli, istərsə də xarici vətəndaşlar festivaldan yararlana biləcəklər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında