Azərbaycanlı pianoçu ilk dəfə Amsterdam Filarmoniyasında çıxış edib

Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Toğrul Hüseynli 28-ci Beynəlxalq "The İnternational Holland Musik Sessions" Festivalı çərçivəsində konsert proqramları ilə çıxış edir.

T. Hüseynli  açıqlamasında bildirib ki, aprelin 15-dən başlayan və aprelin 25-dək davam edəcək məşhur "The İnternational Holland Musik Sessions" Festivalı müxtəlif ölkələrdə keçirilir.

Bu festivalda fortepiano, skripka və violonçel ifaçıları iştirak edirlər. T. Hüseynli artıq festival çərçivəsində Hollandiyanın Teksel, Eqmond və Amsterdam şəhərlərində, o cümlədən Bratislavada Slovakiya Dövlət Filarmoniyasında konsert proqramları ilə çıxış edib. Pianoçumuz Robert Şuman, İohann Sebastyan Bax və digər məşhur müəlliflərin əsərlərini ifa edib və bu, musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. T. Hüseynli dünyada məşhur musiqiçilərin çıxış etdiyi Amsterdam Filarmoniyasının səhnəsində çıxış edən ilk azərbaycanlı olub.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında