Elmin İnkişafı Fondu ilə “Elsevier” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın ən böyük elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan “Elsevier” arasında əməkdaşlıq memorandumunun imzalanması məqsədilə görüş keçirilib.  

 Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək müasir dövrdə Azərbaycanda elmin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, bu gün ölkə alimləri qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub. O, “Elsevier” ilə imzalanacaq müqavilənin əhəmiyyətindən söz açaraq, bu əməkdaşlığın Azərbaycanda elmi jurnalların səviyyəsinin yüksəldilməsinə, alimlərin elmi məqalələrin hazırlanması ilə bağlı maarifləndirilməsinə və beynəlxalq elmi əlaqələrin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra “Elesvier”in vitse-prezidenti Haest Feliks təmsil etdiyi şirkətin tarixi və təklif etdiyi xidmətlər barədə təqdimatla çıxış edib. Bildirib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş bu şirkət “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir.

H.Feliks birgə əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığını deyərək, Elmin İnkişafı Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev memorandumun Azərbaycan elminin gələcək inkişafı üçün faydalı olacağına əminliyini ifadə edib. Ölkə alimlərinin dünyanın nüfuzlu jurnallarında təmsil olunması və beynəlxalq aləmə ineqrasiyası baxımından bu əməkdaşlığın zəruriliyini vurğulayıb.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Elçin Babayev və Haest Feliks imzalayıblar. 

                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında