“Gecikmiş qələbə” romanı işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, f.ü.f.d. Aynur Cəlilovanın “Gecikmiş qələbə” adlı romanı çapdan çıxıb. Roman 1930-1932-ci illərdə Naxçıvanın Şahbuz rayonunun Keçili kəndində kolxozlaşmaya qarşı baş verən xalq hərəkatına həsr olunub.

İnstitutdan aldığımız məlumata görə, “Keçil üsyanı” adı ilə tarixə düşən bu hərəkatın təfərrüatları indiyə kimi açılmayıb və təhrif olunaraq xalqa çatdırılıb. Romanda üsyanın başlama səbəbləri, sovet qüvvələrinə qarşı aparılan döyüşlər, hərəkatın məğlub olması, döyüşçü qadınlar, onların qəhrəmanlıqları, ailə-məişət, sevgi münasibətləri və s. əksini tapıb. Romanda Dövlət Təhlükəsizlik Xidmətinin arxiv sənədlərindən istifadə olunub, o dövrün ümumi mənzərəsinə aydınlıq gətirilib. 

Roman müqəddimə, 5 fəsil və son sözdən ibarətdir. Əsərin baş qəhrəmanı üsyan başçısı Qasımalı Eyvaz oğlu Dünyaməliyevdir. Fətəli xan Xoyskinin yaxın silahdaşı olan Q.Dünyaməliyev 2 ildən çox sovet hakimiyyətinə qarşı mübarizə aparıb, 1932-ci ilin aprelində xəyanətin qurbanı olub.

 

                                                                                                           Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında