“Səmanın fəthi” sənədli filminin təqdimatı keçirildi

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbirdə rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov filmdə astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunduğunu söyləyib. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

Filmin icraçı prodüseri Nicat Məmmədov çəkilişə göstərdiyi köməyə görə rəsədxana əməkdaşlarına, xüsusilə də rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova təşəkkürünü bildirib.

Sonda “Səmanın fəthi” sənədli filmi nümayiş olunub.

Elmi-kütləvi mövzuda çəkilən “Səmanın fəthi” sənədli filminin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorları Habil Muğanlı və Əminə Həsənli, montaj edəni Pərviz Səlimov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

                                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında