Monqol xanları arasında İslam dinini qəbul etmiş ilk şəxs

Milli.az-dan verilən xəbərə görə, tarixi məlumatlara görə, monqolların İslam dini ilə tanışlığı onların müsəlman məmləkətlərinə hücumları zamanı baş vermişdir. Artıq Çingizxanın nəvəsi Mengu-xaqanın (Hülakunun qardaşının) hakimiyyəti dövründə (1254-cü il) paytaxt Qaraqorumda iki məscid olub.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin monqol xanları bir müddət öz ənənəvi əqidələrində (şamanizm) qalmağa üstünlük verdilər. İlk dəfə Çingizxanın nəvəsi, Cuçi Ulusunun (Qızıl Ordanın) böyük xanı Berke xan (Batı xanın qardaşı) İslam dinini qəbul edərək müsəlman oldu. Bu hadisə 1240-cı illərə təsadüf etmişdir. Berke xandan sonra hakimiyyət sürmüş müxtəlif monqol uluslarının xanlarının bəziləri müsəlman olmuş, bəziləri xristianlığı qəbul etmiş, bəziləri əcdadlarının əqidəsində qalmışlar.

Yaxın Şərqdə, o cümlədən Azərbaycan ərazisində hakimiyyət sürmüş Elxanilər dövlətinin hökmdarları arasında ilk dəfə Qazan xan İslam dinini qəbul etmişdir (1295-ci il). Müsəlman olduqdan sonra o, Mahmud adını qəbul etdi.

İ.Əmənullayev

“Xal qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında