"Şolom Aleyxem" ilk dəfə Azərbaycan dilində çap olunub

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb.

Mərkəzdən verilən xəbərə görə, insan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr, duzlu yumorla təsvir etməyin ustası olan Şolom Aleyxem əsərlərində, yaşadığı dövrün eybəcərliklərini, cəhalət və savadsızlığın törətdiyi tragikomedik səhnələri kəskin satira atəşinə tutur.

Yazıçının  kitaba daxil edilən “Südçü Tevye” povesti, eləcə də “Gimnaziya”, “Əcdadların məzarı”, “Üç şəhər əhvalatı”, “Mərhəmət göstərmə!”, “Üç dul qadın”, “Kodnyanın ən xoşbəxti” kimi iyirmidən çox hekayəsini dilimizə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında