Rəssam Əyyub Hüseynov haqqında film

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunan sənədli  film  görkəmli rəssam, Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) həyat və yaradıcılıq yoluna həsr edilib.

Şərəfli ömür yolu keçən fırça ustası Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib və 1956-1965-ci illərdə təhsil ocağının direktoru işləyib. Bu təhsil ocağında təkcə ölkəmizdə deyil, dünyaca məşhur rəssamlarımızın bir çoxu Əyyub müəllimdən  dərs alıb. Sənətkarın 90 və 100 illik yubileyləri nazirlik tərəfindən qeyd olunub, fərdi sərgiləri təşkil edilib.

Belə  bioqrafik  filmlərin istehsalı   dövlətin mədəniyyətimizə diqqətinin göstəricisidir. Onlar gələcək nəsil üçün bir tarixdir.

Filmdə  Əyyub müəllim sənətkarlıqdan öncə səmimi  insan, təvazökar ziyalı kimi  əks olunmuşdur.

Filmdə  qeyd olunur ki, fırça ustası müxtəlif janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalıb, onun bütün imkanlarından istifadə edərək həyat gerçəklərini uğurlu sənət əsərlərinə çevirə bilib.

Filmin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayevdir.  “Avtoportret” sənədli filminin  operatoru Rövşən Quliyev, prodüseri Qafar Məcidovdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında