Azərbaycanlı qız “Forbes”in siyahısına düşdü

ClimateLaunchpad Azerbaijan​ proqramının məzunu Reyhan Camalova​ öz layihəsi ilə “Forbes”​ jurnalının 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri olub.

Bu barədə Modern.az-a Reyhan Camalovanın  elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadə  məlumat verib.

Onun sözlərinə görə, bu çox gözəl hadisədir. “Bu Azərbaycan innovasiya tarixində baş verən birinci belə möhtəşəm hadisədir. Social Innovation Lab​ olaraq məzunumuzla və gördüyümüz işlə qürur duyuruq”.

Qeyd edək ki, 15 yaşlı Reyhan Camalova bir müddət əvvəl dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən Rainergy layihəsi böyük maraq yaradıb və öz ixtirası ilə  ABŞ Prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı heyran edib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında