Gənc mədəniyyət işçilərinin regional toplantısı

Zərdab rayonundakı  Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı və Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional toplantısı keçirilmişdir.

Qeyd edək ki, tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının müxtəlif təyinatlı mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçiləri iştirak etmişlər.  Xatırladaq ki, Gənc Mədəniyyət İşçilərinin koordinasiya kreativ qrupu  2016-ci ildə yaradılmışdır.

Ötən müddət ərzində  qrup tərəfindən müxtəlif təyinatlı bir  sıra layihələr icra olunmuşdur. Qrupun yaradılmasında əsas məqsəd  bu sahədə təşəbbüskarlıq mühitinin dəstəklənməsi və gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılmasından ibarətdir.

Bu   tədbir  isə əsasən birgə icra oluna biləcək layihələrin müzakirəsinə həsr edilmişdir. Görüş  zamanı milli mədəniyyətin təbliğində müasir informasiya texnologiyalarından istifadə, müxtəlif müəssisələrdə çalışan əməkdaşların fəaliyyətinin koordinasiyası və əlavə gəlirlərin əldəetmə mexanizmləri müzakirə olunmuşdur. Mədəniyyət sahəsi üzrə beynəlxalq təcrübədən danışan tədbir iştirakçıları müasir qloballaşma şəraitində mədəniyyətin ideoloji əhəmiyyətini xüsusi vurğulamışlar.

Yaradıcı və kreativ keyfiyyətlərin mədəniyyət işçiləri arasında inkişaf etdirilməsi məqsədilə müxtəlif səpkili xüsusi kursların təşkili də təqdirəlayiq hesab olunmuşdur.  Qeyd edək ki, bu məqsədlə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nəzdində  kreativ təlimlər laboratoriyasının yaradılması nəzərdə tutulmuşdur. Həmin laboratoriyanın əsas təyinatı mədəniyyət işçiləri arasında müasir peşə səriştələrinin formalaşdırılmasından ibarətdir.

Sonra   mövzu ətrafında  fikir mübadiləsi aparılmışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında