Məmməd Araz Poeziya günləri Qazaxdan başladı

        Gənclər Mərkəzində keçirilən tədbiri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatındakı çoxcəhətli və zəngin ədəbi irsi, özünəməxsus yeri və mövqeyi haqqında danışmış, onun görkəmli söz ustadı olmasını xüsusi qeyd etmişdir. İcra hakimiyyətinin başçısı demişdir ki, Xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, Dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdir. Bu görkəmli söz ustadının xatirəsi bizim hər birimiz üçün əzizdir.       

          AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan söz açmış və bildirmişdir ki, Məmməd Arazın şeirlərində vətənpərvərlik, Azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir

          Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaşxan Əzizxanlı çıxış edərək demişdir ki, üçüncü dəfə təşkil olunan Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir. Aprelin 20-dən etibarən Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif bölgələrində davam edəcəkdir. Bu il mərhum şairin anadan olmasının 85 ili tamam olur. Bu münasibətlə Qazax rayonunun bir sıra məktəb şagirdləri arasında onun şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirməkdən ötrü müsabiqə keçirilib.    AYB Qazax zona filialının aparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu öz çxışında şair və yazıçılara, söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksək səviyyədə keçirilməsinə görə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirmişdir.   
          Tədbirdə Əməkdar artislərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və Yaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxumuşlar.

          Sonra söz Məmməd Araz poeziya müsabiqəsi iştirakçılarına verilmişdir. Müsabiqənin qalibi və iştirakçısı olmuş məktəblilər Xalq şairinin zəngin olan şeirlərini oxumuş, öz bacarıqlarını nümayiş etdirmişlər. Şairin “Qalx ayağa, Azərbaycan” şeirini tədbir iştirakçıları ayaqüstə, alqışlarla qarşılamışlar.    
          Tədbirin sonunda Bilik Fondu tərəfindən təsis edilmiş diplomlar və hədiyyələr müsabiqə qaliblərinə təqdim edilmişdir.

                   Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında