“Mədəniyyətlərin yaxınlaşması naminə” beynəlxalq onillik layihə

Məlum olduğu kimi bu ilBakı prosesinin fəaliyyətə başlamasından on il ötür. Yubileylə bağlı təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da tədbirlər keçirilir.

Bu günlərdə bununla bağlı UNESCO-nun Baş Qərargahında “Mədəniyyətlərin yaxınlaşma­sı naminə” beynəlxalq onillik layihəsinin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Mədəniyyət və Turizm Nazir­liyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı prosesi” beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə tədbirdə iştirak edib. V.Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti və “Bakı prosesi”nin tarixi əhəmiyyətinə dair təqdimatla çıxış etmişlər.

Sonra onlar UNESCO baş direktorunun müavini Nada Al-Naşif və təşkilatın mədəniyyətlərarası dialoqa cavabdeh olan departamentinin əməkdaşları ilə görüş keçirmişlər. Görüşdə Azərbaycan Respub­likasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov həmin gün keçirilən “Mədəniyyətlərin yaxınlaşma­sı naminə” beynəlxalq onillik layihəyə həsr olunmuş tədbirdə “Bakı prosesi” çərçivəsində bu qurumla əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir.

Vasif Eyvazzadə ötən 10 il müddətində “Bakı prosesi”nin qlobal hərəkata çevrilməsində UNESCO-nun dəstəyinə görə təşəkkür edərək növbəti mərhələdə bu beynəlxalq təşəbbüsün prioritetləri barədə məlumat vermiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq “Bakı prosesi”nin 10 illiyinə həsr olunmuş tədbirlərin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatının keçirilməsinə başlanıldığını diqqətə çatdırmış­dır. Nada Al-Naşif UNESCO-nun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və “Bakı prosesi”ni mədəniyyətlərin dialoqu üçün əsas platforma kimi gördüklərini qeyd etmişdir.

Daha sonra qarşıdakı dövr üçün əsas plan və layihələr barədə müzakirə aparılmışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında