“Dastan gecələri” layihəsinin ilk tədbiri baş tutub

AMEA-nın Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin (BMM) birgə təşkilatçılığı ilə “Dastan gecələri” adlı layihənin ilk tədbiri həyata keçirilib. İnstitutdan verilən məlumata görə, BMM-də baş tutan tədbiri mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov açaraq Azərbaycanın xalq yaradıcılığına həsr olunan belə layihələrin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.

Sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək layihənin aşıq sənətinin təbliği baxımından önəmini vurğulayıb. Bildirib ki, qədim tarixi köklərə malik olan aşıq sənəti Azərbaycan xalq yaradıcılığında özünəməxsus yer tutur. Bu sənət xalqımızın bir sıra qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirir. M.İmanovun sözlərinə görə, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Akademik M.İmanov layihə çərçivəsində “Abbas-Gülgəz”, “Leyli-Məcnun”, “Kiçik Rza”, “Aşıq Alının Türkiyə səfəri”, “Məhəmməd – Səlbi xanım” “Əmrah - Səlbi” kimi dastanların tanınmış aşıqların ifasında tamaşaçılara təqdim olunacağını vurğulayıb.

Sonra Azərbaycan Aşıqlar Birliyinin üzvü Qələndər Zeynalovun ifasında “Alı xan - Pəri xanım” dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edib.

Ailə-əxlaq mövzusunda olan dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında