"Səmanın fəthi” elmi-kütləvi sənədli film çəkilib

ARB televiziyasının “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən “Səmanın fəthi” adlı elmi-kütləvi sənədli film ərsəyə gətirilib. Ekran əsərinin ilk nümayişi aprelin 23-də AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olacaq.

www.science.gov.az saytı yazır ki, filmdə astronomiya elminin inkişaf tarixindən, Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən, əldə olunan nailiyyətlərdən, həmçinin Beynəlxalq Astronomiya Birliyi tərəfindən kəşf edilmiş yeni göy cismləri və planetlər üzərindəki kraterlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunur.

Elmi-kütləvi mövzuda çəkilən filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədovadır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında