Açıq kitabxanada “Oxu günü”

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada  Səbail rayonu M. Rahim adına 7 saylı orta  məktəbin 5d, 4a, 4b sinif şagirdlərinin iştirakı ilə “Oxu günü” çərçivəsində tədbir keçirilmişdir. Tədbiri keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaq  idi.

Tədbirdə şagirdlər   görkəmli Azərbaycan şairi  Səməd Vurğunun “Azərbaycan”, “Bahar və mən”, “Klyatva  poeta”  və digər Azərbaycan və rus dillərində şeirlərini söyləmişlər. Onlar burada açılmış Xalq şairi Səməd Vurğunun yaradıcılıgından bəhs edən ilk kitab sərgisi ilə tanış olmuşlar və Milli Kitabxananın binasına ekskursiya etmişlər. Şagirdlər kitabxananın sərgi zalında yer almış  “Azəbaycan Xalq Cümhuriyyəti-100”, “Ramiz Mehdiyev-80”, ”Bakı Prosesi-10”, “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə də tanış olmuşlar. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq şagirdlərdə kitaba maraq hissi oyatmışdır. Onlar kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan məmnun olmuşlar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında