Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri Türkiyəyə qastrol səfərinə dəvət olunmuşlar

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunmuşlar.

Aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur.

May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaqdır.

Mayın 10-da Serbiya Opera Teatrında keçirləcək konsert Ümummilli liderimiz Heydər Əliyevin 95-ci  ildönümünə həsr olunacaqdır.

20-24 may tarixlərində Afaq Abbasovanın Slovakiyada baş tutacaq səfəri Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təşkil olunacaqdır. Konsert Bratislava filarmoniyasının zalında keçiriləcəkdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında