Bakıda Dördüncü Britaniya Film Baharı festivalı keçiriləcək

Bu il festival rejissoru Endi Serkis olan, çoxsaylı mükafatlara layiq görülmüş “Nəfəs al” filmi ilə açılacaq. "Report" xəbər verir ki, "British Council Azərbaycan"ın Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi kinofestivalda tamaşaçılar Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini izləyəcəklər.

Festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film nümayiş olunacaq: "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked House).

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts isə deyib ki, 2017-ci il Britaniya kinosu üçün ələmatdar olub: "Bu il Birləşmiş Krallığın film sənayesi tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qaldı. Britaniya Film İnstitutunun dərc etdiyi statistik məlumatlar Britaniya filminin 2017-ci ildə indiyə qədər görünməmiş böyük müvəffəqiyyətə nail olduğunu və kinematoqrafiya sahəsində lider mövqeyini bir daha möhkəmləndirdiyini göstərir. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır".

Filmlər Nizami Kino Mərkəzində nümayiş olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında