Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub

Küveyt Universitetinin geniş oxucu auditoriyasına malik həftəlik “Afaq” qəzetində bu ali təhsil müəssisəsinin Dillər Mərkəzində oxuyan azərbaycanlı tələbə Elnurə Süleymanovanın şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqaləsi dərc olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, məqalədə oxuculara professor Aida İmanquliyevanın orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olması və elə həmin universitetin Şərq xalqları və ədəbiyyat tarixi kafedrasını fərqlənmə diplomu ilə bitirməsi və daha sonra keçmiş SSRİ Elmlər Akademiyasının Asiya xalqları İnstitutunun aspiranturasında təhsil alması barədə geniş məlumat verilib.

Müəllif qeyd edir ki, A.İmanquliyeva qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə edib, məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb. Alim istedadı və əməksevərliyi sayəsində qısa zamanda keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilib.

Vurğulanır ki, A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb, 1973-cü ildə həmin institutda baş elmi işçi kimi çalışıb, 1976-cı ildən ərəb filologiyası şöbəsinin müdiri, 1988-ci ildən elmi işlər üzrə direktor müavini, daha sonra isə ömrünün son günlərinədək Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışıb.

Məqalədə məlumat verilir ki, A.İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edib, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru, tezliklə bu ixtisas üzrə professor adını alıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında