AMEA-nın Naxçıvan Bölməsində AXC-nin 100 illiyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AXC-nin dövlətçilik tariximizdəki yeri və rolundan  danışıb. Bildirib ki, cəmi 23 ay yaşayan AXC dövründə Azərbaycan dili dövlət dili elan olunub, Milli Ordu yaradılıb, tələbələr xarici ölkələrin ali məktəblərinə oxumağa göndərilib. Akademik müstəqil Azərbaycanın AXC-nin hüquqi varisi olduğunu bildirib, onun yubileyləri ilə bağlı ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev , tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Musa Quliyev  çıxış ediblər.

                                                                                    Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında