Bakı Dövlət Universitetində Mir Cəlal Paşayevə həsr edilən kitabların təqdimatı olub

Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib.

Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimovun elmi redaktorluğu ilə yenidən nəşr olunan “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin, professor Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkədə rus və qırğız dillərində çapdan çıxmış “Mir Cəlal dünyasından sətirlər” kitablarının təqdimatına həsr edilən tədbirə respublikanın tanınmış elm xadimləri, müəllim və tələbələr qatılıblar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, filologiya fakültəsinin dekanı Elçin Məmmədov Mir Cəlalın həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabları müasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.

M.C.Paşayevin Firidun Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini yenidən çapa hazırlamış T.Mütəllimov ustadı hesab etdiyi görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb.

“Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi, professoru T.Salamoğlu əsər haqqında məlumat verib. Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıb.

H.Orucovun “Mir Cəlal dünyasından sətirlər” kitabı barədə danışan müəllifin qızı, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova bildirib ki, yeni nəşr dünyanın bir sıra dillərinə, o cümlədən qırğız dilinə də tərcümə olunub və qırğız ictimaiyyətinə təqdim  edilib.

Sonra professorlar Himalay Qasımov, Əlizadə Əsgərli, İfrat Əliyeva, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın qızı, BDU-nun rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, professor Ədibə Paşayeva və digər çıxış edənlər Mir Cəlal irsindən ətraflı söz açıb, görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında