İki qardaş ölkə arasında milli dəyərlərimizin təbliği

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Türk İslam sənətləri” adlı sərgi açılıb. Sərgidə müxtəlif janrlarda hazırlanmış 80-dən artıq sənət əsəri nümayiş etdirilir. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə ərsəyə gəlib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov sərginin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu sərgi Türkiyə və Azərbaycan xalqlarının, bütün dövrlərdəki kimi, bu gün də bir yerdə və həmrəy olduqlarının təcəssümüdür.

Sonra Bursa bələdiyyəsinin sədri Hikmət Şahin sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, son illər iki qardaş ölkə arasında əlaqələr daha sıx şəkildə inkişaf edir. Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi əhəmiyyət verirdi. Bu sərginin Bakıda keçirilməsi iki qardaş ölkə arasında mədəni əməkdaşlığın daha bir nümunəsidir. Biz bu sərgi vasitəsilə ortaq milli dəyərlərimizi təbliğ edirik.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Qasımov sərginin təşkilini yüksək qiymətləndiriblər. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi aprelin 22-dək davam edəcək.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında