“Türk İslam sənətləri” sərgisi açılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Bursa Böyükşəhər Bələdiyyəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) Muzey-Sərgi Kompleksində “Türk İslam sənətləri” sərgisinin açılışı olmuşdur. Sərgidə Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən BUSMEK (Bursa Böyükşəhər Bələdiyyəsi Sənət və Məslək Egitim Kursları) ekspozisiyasında mövcud olan Türk İslam sənətlərinə aid əsərlər  nümayiş etdirilir.

Mərasimi  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov açmışdır. Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsi Sosial Xidmətlər Dairə başkanı Şaban Kander, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Qalib Qasımov, Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdəmir  çıxış edək Ulu Öndərimiz Heydər Əliyevin “ İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq Türkiyə və Azərbaycan arasında  mədəni əməkdaşlığı  inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək, onlara sahib çıxmaq,ölkələrimiz arasında sərgi mübadilələrini genişləndirmək naminə əlaqələrimizi daha da sıxlaşdırmağın vacib olduğunu bildirmişlər.

Təntənəli açılış mərasimində ADRA-nın rəhbər, tələbə-müəllim heyəti ilə yanaşı  bir sıra rəsmi qonaqlar –Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Bursa Böyükşəhər Bələdiyyəsi  Sosial İşlər və Egitim Xidmətlərinin şöbə müdiri İbrahim Karaman, Bursa Böyükşəhər Bələdiyyəsinin BUSMEK layihə rəhbəri  Cahit Al  iştirak etmişlər. Sərgidə müxtəlif janr və texnikalarda işlənmiş ( ebru sənəti, təzhib, keramika, filoqrafı, xəttatlıq, xalçaçılıq və s.) 80-dən artıq  əsər nümayişə qoyulmuşdur.Bu əsərlər müxtəlif üslub və motivləri əhatə edir və  bədii nümunələrdə türk  islam sənətinin tarixi haqda məlumat yer almaqdadır.

Sərgi aprelin 22-dək davam edəcək.

Afət Sadıqoğlu,
”Xalq qəzeti”

                                                                                                                                            

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında