Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsert

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, konsertdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov  G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fəaliyyətindən söz açaraq, keçirilən bütün tədbirlərdə fəal iştirakını qeyd edib. Sonra V.Zeynalov məktəbin şagirdlərini Fəxri fərmanlarla təltif edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şagirdlərin ifasında Q.Qarayevin “Prelüd” lya bemol major, T.Quliyevin “Sevgi valsı”, Pikə Axundovanın “Qəlbimin səsi”, F.Şopenin “14 saylı Etüd”, Dvorjakın “Melodiya”, Kurtisin “Torna a Sorrento”, Miroşnikovun “Rəqs”, Montinin “Çardaş” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda xor kollektivi Arzu Abbasovanın “Bayraq” və M.Maqomayevin “Azərbaycan” əsərlərini ifa ediblər.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında