“Mugham Souls” adlı konsert və albomun təqdimatı olub

“YARAT” Müasir İncəsənət Mərkəzində “Mugham Souls” adlı konsert  keçrilib. Tədbir  Fransanın ölkəmizdəki səfirliyi və Bakıdakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə  baş tutub.

Konsert proqramı Fransanın tanınmış caz ifaçısı Pyer de Treqoman və xanəndə Qoçaq Əsgərovun iştirakı ilə gerçəkləşib. Konsert çərçivəsində hər iki ifaçının “Mugham Souls” adlı albomunun təqdimatı da olub.

Xanəndə Qocaq Əsgərov  bildirib ki,  Albomda caz musiqisi ilə UNESCO-nun Qeyri Maddi-Mədəni İrsi Siyahısına daxil edilmiş sufi ənənəsini özündə əks etdirən mahnılar, həmçinin muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların Qərb melodiya çalarları ilə sintezi öz əksini tapıb. O,  bildirib ki, “Mugham Souls” adlı albomun ərsəyə gəlməsində  təşəbbüskarı və təşkilatçısı musiqişünas alim, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır.

Frankofoniya Həftələri çərçivəsində baş tutan  konsertdə bir-birindən parlaq ifalar səsləndirilib.

Qeyd edək ki, albomda yer alan ifalar həmçinin Almaniya, İspaniya, Rusiya, Fransa və İtaliyanın dövlət radiolarında səslənib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında