Məmməd Cəfərovun 60 illik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Məmməd Cəfərovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə Bəstəkarlar  İttifaqının sədri, Xalq artisti  Firəngiz Əlizadə bəstəkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıb. O, vurğulayıb ki,  İttifaqın Gəncə təşkilatının sədri olan Məmməd Cəfərov yaradıcılığına böyük tələbkarlıqla və məsuliyyətlə yanaşır. Xalq artisti deyib ki, özünəməxsus fərdi üslubu, milli koloriti ilə seçilən əsərlər yaradan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental və xor əsərləri üstünlük təşkil edir. Onun əsərləri beynəlxalq festivallarda uğurla ifa olunur və musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Hazırda pedaqoji fəaliyyətini Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecində davam etdirən M.Cəfərov gənc musiqiçilərin  yetişməsində mühüm rol oynayır.

Sonra tədbir konsert proqramı ilə davam edib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında