İki yaradıcı təşkilat arasında memorandum imzalanıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi (BTƏƏM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

www.science.gov.az saytı yazır ki, memoranduma əsasən, Azərbaycan ədəbiyyatının və filoloji fikrinin xarici dillərə tərcüməsi və təbliği işində daimi məsləhətləşmələr aparılacaq, Ədəbiyyat İnstitutuna daxil olan tərcümə layihələrinə BTƏƏM cəlb ediləcək. Bundan əlavə, sənəddə hər iki qurumun birgə təşkilatçılığı ilə ədəbi tədbirlərin - konfrans, festival, görüş və təqdimatların keçirilməsi, eləcə də mərkəzin “Dünya ədəbiyyatı” jurnalının nömrələrinin mütəmadi olaraq Ədəbiyyat İnstitutunun kitabxanasına çatdırılması nəzərdə tutulur.

Sənədi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və BTƏƏM-in sədri Səlim Babullaoğlu imzalayıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında