Şamaxı dəfinəsi maraqlı tarixi faktları açıqlayır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika və epiqrafika elmi fond şöbəsinə Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilib. 

www.science.gov.az saytının məlumatına görə, 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin bərpa laboratoriyasına göndərilib. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub.

Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu – XI əsrin əvvəllərinə aid şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktlardır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında