Azərbaycan mətbəxi Belarus mətbuatında

Belarus teleməkanında ən baxımlı verilişlərdən olan “Kulinariya diplomatiyası” növbəti buraxılışını Azərbaycan mətbəxinə həsr edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 Verilişdə Belarus Azərbaycan İcmaları Konqresi İdarə Heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən biri Olesya Kosokin zəngin Azərbaycan mətbəxindən söhbət açıblar. Onlar Azərbaycan kulinariyasının tarixi və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyini Belarus tamaşaçılarının diqqətinə çatdırıblar. Bildiriblər ki, milli xörəklərimiz dadına və hazırlanma texnologiyasına, həmçinin ədviyyatdan geniş istifadə olunmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Verilişdə qeyd olunub ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında