“Hürriyyət” qəzeti: Tanınmış bəstəkar Qara Qarayevin 100 illiyi konsertlə anılacaq

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin  anadan olmasının 100  illiyi münasibəti ilə Ankarada konsert təşkil ediləcək. Bu barədə Türkiyənin  “Hürriyyət” qəzetində “Azərbaycanın tanınmış bəstəkarı konsertlə anılacaq” sərlövhəli xəbərdə bildirilir.  

Konsert aprelin 15-ində Ankarada yerləşən opera səhnəsində baş tutacaq. Konsert proqramında bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” əsərlərindən parçalar səslənəcək. Proqramda həmçinin gənc bəstəkar Duyğu Dəniz Dəmirəlin ilk dəfə olaraq “Üsulsuz üsullar” adlı trio əsəri də tamaşaçılara təqdim olunacaq. Konsertin təşkilatçısı Özgür İncə konsert  barədə təəssüratlarını bölüşərək deyib: “Azərbaycan xalq mahnılarından ibarət proqramla səhnədə olacağımız bu özəl konsertdə sənətsevər dostlarımızla görüşməyi arzulayırıq.”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında