Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Estoniyanın Tallinn şəhərinin Vormsi mədəniyyət mərkəzində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, tədbirdə çıxış edən diaspor təşkilatının rəhbəri Niyazi Hacıyev AXC haqqında danışaraq respub­likanın mövcud olduğu 23 ay ərzində bir çox sahələrdə əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan-Estoniya əlaqələrindən bəhs edərək istər sovet dövründə, istərsə də müstəqillik dövründə bu əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini bildirib. Daha sonra Niyazi Hacıyev Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra aparılan uğurlu daxili və xarici siyasət nəticəsində sürətlə inkişaf etdiyini vurğu­layıb. Azərbaycan Respublika­sının uğurlarının bəzi dairələr tərəfindən qısqanclıqla qarşı­lanmasını qeyd edən diaspor rəhbəri ölkəmizə qarşı sosial şəbəkədə aparılan çirkin kampa­niyanı pisləyib.

Azərbaycan Xalq Cümhuriyyətinin və Estoniya Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir konsert proqramı ilə başa çatıb.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında