“Turkaz magazine” jurnalının təqdimat mərasimi

Türkiyə və Azərbaycanın ortaq nəşri olan “Turkaz magazine” jurnalının təqdimat mərasimi keçirilib.

"Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, jurnalın iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcək.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı və başqaları çıxış ediblər. Jurnalın əhəmiyyətindən danışıblar  və  yaradıcı kollektivə uğurlar arzulayıblar.

Jurnalın Türkiyə üzrə rəhbəri Yeganə Quliyeva nəşr haqqında  geniş məlumat verib. Aylıq tirajı 5 min nüsxə olan jurnalda siyasi, iqtisadi, səhiyyə, kulinariya, moda və s. mövzularda xəbərlər, o cümlədən tanınmış siyasətçilər, iqtisadçılar, səhiyyə işçiləri və iş adamları ilə müsahibələr dərc olunub.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında