“Qısa İslam ensiklopediyası”

“İslam Həmrəyliyi ili” ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası” hazırlanaraq çap olunub.

www.science.gov.az saytının məlumatına görə, nəşrin redaksiya heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva və digərləri daxildir.

750-ə yaxın məqalədən ibarət ensiklopediyanın hazırlanmasında bir çox ölkənin təcrübəsi araşdırılıb, məqalələr yazılarkən lakoniklik, konkretlik və obyektivlik prinsipləri əsas götürülüb. Üzərində Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidinin təsvir olunduğu ensiklopediyada İslam dini, məzhəb və təriqətlər, tarixi şəxsiyyətlər, dilimizdə çox işlədilən dini terminlər və s. barədə məlumatlar yer alıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında