Akademik Rafael Hüseynov: “Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılması vacibdir”

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin var olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.

 

www.science.gov.az saytı yazır ki, bu sözləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib. Akademik R.Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılmasının vacibliyini vurğulayıb. Bu, həmin insanların bütün millətə yaxından tanıdılmasına xidmət etməklə yanaşı, həm də millət quruculuğu baxımından vacibdir.

Alim cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün ayrıca Cümhuriyyət bağının yaradılmasının da vacib olduğunu qeyd edib. Bildirib ki, bu addım insanlara istirahət imkanı yaratmaqla yanaşı, onların cümhuriyyət xadimlərini hər zaman yadda saxlamalarına xidmət edəcək. 

R.Hüseynov xatırladıb ki, cümhuriyyət qurucularının bəzilərinin məzarı Azərbaycandan kənardadır: “Hesab edirəm ki, bu məzarlara toxunmaq lazım deyil. Lakin onlarla bağlı ortaq memorial yaradılmalıdır. Onlar bizə millət şərqisi, bayraq, müstəqil dövlətə vətəndaş və sahib olmaq səadəti bəxş ediblər”.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

 

 

 


             

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında