“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunan konfrans

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan mətbuat tarixinin inkişafında müstəsna rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 112-ci ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq jurnalın yaradıcısı, görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən, nəşrin milli mətbuatımızın inkişafında yeri və rolundan söz açıb. Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Molla Nəsrəddin” və dil məsələsi”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Molla Nəsrəddin” jurnalı: yaranışı və ənənələri”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Molla Nəsrəddin” şeir məktəbinin banisi Cəlil Məmmədquluzadə” və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun “Molla Nəsrəddin” jurnalı və naxçıvanlı müasirləri” mövzusunda məruzələri dinlənilib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında