Azərbaycanlı qız qalib oldu

13 yaşlı azərbaycanlı pianoçu Ayla Kəlbiyeva "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" beynəlxalq müsabiqəsinin qalibi adını qazanıb. Bu barədə  day .az  saytı məlumat yayıb. Ayla müsabiqədə Azərbaycanın yeganə təmsilçisi olub və 12-14 yaş kateqoriyasında birinci yeri tutub.

Gənc pianoçu sentyabrda Bolqarıstanda keçiriləcək beynəlxalq müsabiqəyə dəvət alıb.

A.Kəlbiyeva Amerika Milli Konservatoriyasının musiqi şöbəsinin dekanı Tamara Poddubnının tələbəsidir. O, beş yaşından Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasında fortepiano təhsili alıb. İspaniya, İtaliya, Almaniya, Malta və ABŞ-da müxtəlif müsabiqələrdə iştirak edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında