Turizm əlaqələri müzakirə olunmuşdur

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bolqarıstan Respublikasının turizm nazirinin müavini Irena Georgieva ilə görüşmüşdür.

Nazir Əbülfəs Qarayev qonağı salamlayaraq 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisində iştirak məqsədilə ölkəmizə səfərindən məmnunluğunu ifadə etmişdir. Həmçinin Bolqarıstanın uzun illərdir artıq Bakıda keçirilən bu sərgidə xüsusi quraşdırılmış milli stendlə iştirak etməsinin və hər il Bolqarıstanın turizm şirkətlərinin və mehmanxanalarının təmsil olmasının məlum olduğunu bildirmişdir.

Nazir Azərbaycan-Bolqarıstan arasında turizm sahəsində sazişə əsasən iki ölkə arasında layihələrin daha da sürətləndirilməsi və turizm sənayesi nümayəndələrinin 2018-ci il ərzində qarşılıqlı info-turlarının keçirilməsinə zərurət olduğunu qeyd etmişdir. Həmçinin, Azərbaycanın turizm potensialına son illər daha çox marağın olduğunu nəzərə alaraq, müxtəlif ölkələrdən olan turistlər üçün bir sıra turizm məhsullarının təklif olunduğunu qeyd etmişdir.

Nazir müavini İrena Georgieva nazirə səmimi qəbula görə təşəkkürünü bildirərək, Bolqarıstanın bir çox seqmentlər üzrə Azərbaycan turistlərinə cəlbedici ola biləcəyini qeyd etmiş və Azərbaycan tərəfinin təkliflərini dəstəklədiyini, işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra Bakı-Sofiya arasında “Butaairways” aviaşirkəti vasitəsilə uçuşların həyata keçirildiyini nəzərə alaraq, turist mübadiləsi üçün qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi və birgə fəaliyyət planının hazırlanması qərara alınmışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında