Sağlamlıq imkanları məhdud gənclərin əl işləri sərgidə

Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi öz işinə başlayıb. Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri də nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və tərəfdaşı – “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biridir. “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən, 20-yə yaxın ölkədən  277 şirkətin iştirak etdiyi, “AİTF 2018” sərgisi də  regionun turizm imkanlarını yaxından təqdim etməyə imkan verir. 

ƏƏSMN-nin təşəbbüsünə əsasən, bu dəfəki sərgidə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. növlərdə hazırladıqları əl işlərinə də yer ayrılıb.

Qeyd edək ki, sərgidə sağlamlıq imkanları məhdud 45 nəfər gəncin 62 mövzuda 110 əl işi nümayiş olunur. Həmin tətbiqi sənət nümunələrindən bir çoxunun müəllifləri də sərgidə iştirak edir. Təqdim olunan əl işlərində ölkəmizin əsrarəngiz təbiəti, xalqımızın nəcib adət-ənənələri, milli-mənəvi dəyərlərimiz, habelə əl işlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclərin həyata nikbin baxışları və s. əksini tapır. 

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin bir istiqaməti də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarmaqdır.  Bu istiqamətdə ardıcıl tədbirlər, sərgilər, baxış-müsabiqələr təşkil olunur. “AİTF 2018” sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin təqdim olunmasına şərait yaradılması da bu məqsədlə aparılan işlərin davamıdır.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər 1400 nəfərdən çox gənc müxtəlif peşələr, habelə tətbiqi sənət növləri üzrə kurslara cəlb olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında