Tarixi eksponatlar xarici qonaqların marağına səbəb olub

İsveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil və L.Tolstoyun nəticəsi Daniel Tolstoy AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

www.science.gov.az saytının məlumatına görə, qonaqlar muzeyin ekspozisiya zallarında və məşhur xeyriyyəçi  H.Z.Tağıyevin xatirə muzeyində ekskursiya aparıb, Azərbaycan tarixinin əyani sübutu olan maddi mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Mədəniyyət ocağında  qorunan tarixi eksponatlar ziyarətçilərin diqqətini cəlb edib. Qonaqlar Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında