XIV əsr tarixinə dair dəyərli mənbə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Elvin Talışxanovun “Hafiz Əbrunun “Zayli-cami ət-təvarixi-Raşidi” XIV əsr Azərbaycan tarixinin öyrənilməsi üzrə mənbə kimi” adlı əsəri rus dilində çapdan çıxıb.

 

www.science.gov.az saytı yazır ki, ön söz, dörd fəsil və geniş ədəbiyyat siyahısından ibarət olan kitabda XIV əsr mənbələri, Hafiz Əbrunun həyat və yaradıcılığı, “Zayli-cami ət-təvarixi-Raşidi”nin meydana gəlməsi, XIV əsrdə mövcud olmuş dövlətlər və s. barədə ətraflı məlumat verilir.

Müəllif hər bir tarixi faktı bir neçə mənbə əsasında araşdırdıqdan və məxəzləri müqayisəli şəkildə təhlil etdikdən sonra öz mövqeyini ortaya qoyur ki, bu da əsərin elmi əhəmiyyətini daha da artırır.

Kitabın elmi məsləhətçisi professor Mehdi Kazımov, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədovadır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında